Bakıda avtomobil qadını vuraraq öldürdü

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, hadisə Binəqədi rayonu Azadlıq prospektində qeydə alınıb.

1963-cü il təvəllüdlü İlyas Paşayev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə piyada 1968-ci il təvəllüdlü Aygün Həsənovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info