Bakıda 35 “parkovşik”ə 2800 manat CƏRİMƏ YAZILDI

Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar yol polisi tərəfindən ötən gün keçirilən reydlərdə 1000-ə yaxın cərimə protokolu yazılıb.

Bu barədə Modern.az-a məlumat verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, reydlər davam etdirilir.

“Reydlər zamanı özlərini qanunsuz parklanma nəzarətçisi kimi təqdim edən 35 şəxs saxlanılıb. Onlar ərazi polis orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə görə, qanunsuz işlərin və ya xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyətə cəlb olunublar. 35 nəfərin hər birinə 80 manatlıq protokol yazılıb”.

A.Əsgərlinin sözlərinə görə, yol polisi tərəfindən reydlər davamlı olacaq.