
Bakıda 130 ailənin yaşadığı və qəzalı vəziyyətdə olan bina sökülərək yerində hündürmərtəbəli və müasir bina tikiləcək.
Gununsesi.info xəbər verir ki, söhbət Nərimanov rayounda yerləşən Qarabağ küçəsi 35-də yerləşən qəzalı binalardan gedir.
Lakin ailələrdən biri tikinti aparan şirkətlə razılığa gələ bilmir. Bu problem artıq iki ildən çoxdur davam edir. Şirkətdən həmin ailəyə 55 kvadratlıq evi üçün 5 otaqlı ev də təklif olunub. Lakin evin sahibi nədənsə buna razılıq verməyib.
Ətraflı ATV-nin hazırladığı süjetdə izləyə bilərsiniz:
Gununsesi.info