
İndiyə qədər tərbiyəçilər bağça müdirləri tərəfindən işə qəbul edilirdi, lakin artıq onlar xüsusi imtahanla işə götürüləcəklər.
Gununsesi.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O qeyd edib ki, imtahanlar adətən yay mövsümündə keçirilir.
“Müvafiq ixtisas üzrə imtahanlardan uğurla keçən müəllimlər bağçaların vakant yerlərinə qəbul ediləcək”, – deyə o əlavə edib.
Gununsesi.info