
Stilist və vizajist Anar Ağakişiyev hamını heyrətləndirib.
Gununsesi.info xəbər verir ki, o, “Həmin Zaur” verilişində paytaxtın mərkəzində yerləşən və bağ evini xatırladan görüntüyə malik dəbdəbəli mənzilindən danışıb.
Proqramın aparıcısı Zaur Kamalın “2024-cü ildəki arzularından biri bağ evi almaqdır” sualına A.Ağakişiyevin cavabı belə olub:
“Xeyr, mən bağ evi almaq istəmirəm. Yaşadığım mənzil elə bağ evi kimidir. Mənzilimin 100 kvadratlıq terrası var. Nəyimə gərəkdir torpağın üstündə tikilən bağ evi? Binanın sonuncu mərtəbəsində qalıram oranın da önündə 100 kvadratlıq terrası var”.
Gununsesi.info