Bəxtiyar Hacıyev ABŞ Dövlət Katibinin müavini ilə görüşüb

Azərbaycanlı siyasi fəal Bəxtiyar Hacıyev ATƏT-in Varşava konfransı çərçivəsində ABŞ Dövlət Katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçi müavini Kara Makdonaldla görüşüb.

Bu barədə Gununsesi.info-ya Hacıyev özü bildirib.

Onun sözlərinə görə, təxminən 1 saatlıq təkbətək görüşdə son aylarda baş vermiş bir çox hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı geniş müzakirələr aparılıb.

Gununsesi.info