Bəşər Əsəd haqqında ölüm hökmü çıxarıldı

  • Müəllif: Orxan
  • 11 Avqust 2026 13:31

Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədi edam cəzasına məhkum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyinin (SANA) məlumatında bildirilib.

Məhkəmə keçmiş prezidenti insanlığa qarşı cinayətlərdə günahkar bilib.

Bəşər Əsəd 2024-cü ilin dekabrında devrilib və Rusiyaya qaçıb, orada sığınacaq alıb.

Hakimiyyətə gələn müxalifət Əhməd əl-Şaranı keçid dövrü üçün yeni prezident seçib.

Gununsesi.info