Azərbaycanda general vəfat etdi - FOTO

  • Müəllif: Firuzə
  • 16 Avqust 2026 12:50
Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib. Gununsesi.info Lent.az-a istinadən bildirir ki, general 89 yaşında həyatla vidalaşıb.

Qeyd edək ki, Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda doğulub.

Uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.