
Azərbaycanın Kəlbəcər və Ağdam rayonlarından çıxan Ermənistan Silahlı Qüvvələri dekabrın 1-də Laçın rayonunu da tərk ediblər. Bununla da Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini formal olaraq yerinə yetirib. Amma Azərbaycan ərazisində ayrı-ayrı silahlı erməni dəstələri qalıb. Bu barədə ermənilər sosial şəbəkədə və şəxsi yazışmalarında bildirirlər.
Ermənistan SQ-nin Azərbaycandan çıxarılması mərhələsində Yerevanda erməni əhalinin Qarabağı tərk etməsi ilə yanaşı əks istiqamətdə erməni döyüşçülərindən ibarət dəstələrin hərəkət etdiyi bildirilirdi. “Daşnaksutyun” EİF-nin Yerevanın kapitulyasiyasına tabe olmadıqlarını elan edən silahlı qruplarından bəhs edilirdi.
Gununsesi.info