“Azərişıq” ASC vətəndaşlara müraciət ünvanlayıb.
Qurumun Mətbuat xidmətindən Gununsesi.org-a verilən məlumatda bildirilir ki, ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.
Sosial şəbəkələrdə feysbuk və instaqram vasitəsilə canlı bağlantı, eləcə də votsap üzərindən müraciətlərin qəbulu həyata keçirilir.
Xüsusi olaraq bildiririk ki, istifadə olunan elektrik enerjisinin haqlarının ödənilməsi üçün mobil tətbiq və ya azerishiq.az saytından onlayn ödəmə sistemi mövcuddur. Bu isə “Biz birlikdə güclüyük! Evdə qal, Azərbaycan çağırışına qoşulmağa imkan yaradır.
Bütün istehlakçılarımız onlayn xidmətlərimizdən yararlanır, eləcə də istifadə olunmuş elektrik enerjisi haqlarını həmin vasitələrdən istifadə etməklə ödəyirlər. Ona görə də istehlakçılarımıza öz təşəkkürümüzü bildiririk.
COMMENTS