
Ötən gün Qarabağın dağlıq hissəsindəki erməni separatçı, terrorçu quldur dəstələrinin təxribatı nəticəsində şəhid olan Anar Kazımovun dəfn xərcləri və qəbrinin üstünün götürülməsi dövlət tərəfindən həyata keçiriləcək.
Bu barədə Publika.az-ın sorğusuna cavab olaraq Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib.
Qurumdan verilən məlumata görə, bu istiqamətdəki bütün xərclər dövlət tərəfindən ödəniləcək:
“Bununla bağlı bütün məsələlər Şəmkir Rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir”.
Rayon İcra hakimiyyətinin rəsmisi şəhidimizin anasının oğlunun vəfatına dözməyərək dünyasını dəyişməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib:
“Belə bir şey yoxdur, yalandır. Şəhid Anar Kazımovun anası dünyasını dəyişməyib”.
Gununsesi.info