
Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası var. Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi 3 milyard dolları ötüb.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib.
Dövlət başçısı bildirib ki, dünya birliyi regionumuzda yaranmış yeni reallığı qəbul edib. Azərbaycan kimi, Ermənistanın da 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirəcəyinə ümid edirik.
Gununsesi.info