Ərdoğan Zelenski ilə Donetsk və Luqanskı müzakirə etdi - FOTO

  • By admin
  • 22 Fevral 2022 18:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Twitter” hesabında məlumat paylaşıb.

Paylaşımdan aydın olur ki, iki lider Rusiyanın Donetsk və Luqanskı tanımaq qərarını müzakirə ediblər.

“Rusiyanın təxribatçı qərarı qarşısında Ukraynanın mövqeyini dəstəklədiyinə görə, Türkiyə hökumətinə minnətdarlığını bildirirəm”, – deyə Zelenski bildirib.

 

 

Gununsesi.info