“Azərbaycanın birgəyaşayış üçün dünyaya örnəkdir” - Şeyxülislam

Azərbaycanın uğurlu birgəyaşayış modeli bütün dünya üçün örnək ola bilər. Multikultural zənginlik Azərbaycan dövlətinin ən böyük sərvətlərindən biridir. Prezident İlham Əliyevin dünya miqyasında multikulturalizm ideyasını təşviq edərək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nin müəllifidir.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Moskvada keçirilən “Ədalət və mötədillik – dünya nizamının ilahi prinsipləri” mövzusunda forumda söyləyib.

HTML tutorial

Şeyxülislam qeyd edib ki, Azərbaycanın bölgədə sülhə çağırdığı və iqtisadi layihələrlə çıxış etdiyi dövrdə Ermənistan tərəfindən revanşizm təzahürləri səngimir.

“Erməni kilsəsinin də bu prosesdə iştirakı təəssüf doğurur. Münaqişə dövründə zati-müqəddəsləri Moskva və bütün Rusiya Patriarxı Kirill həzrətlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri arasında baş tutan üçtərəfli dialoq sayəsində qarşıdurmanın dini müstəviyə keçməsinin qarşısı alındı”, – deyən QMİ sədri sülh istiqamətində xidmətlərinə görə Patriarx Kirill həzrətlərinə Azərbaycan xalqı adından dərin minnətdarlığını ifadə edib.

Gununsesi.info