Azərbaycanda yüksək vəzifəyə təyinat – Rəhman Hümmətova nazir müavini vəzifəsi verildi

  • By arzu
  • 05 Fevral 2021 12:28

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat olub.

Gununsesi.org xəbər verir ki, unikal.org-un məlumata görə, Rəhman Dursun oğlu Hümmətov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini təyin edilib.

Qeyd edək ki, bu təyinatadək R.Hümmətov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Gununsesi.org