Yeni hakimlərin əksəriyyəti xaricdə təhsil alıb - VƏKİL YUSİF ALAHVERDİYEV

  • By admin
  • 04 Fevral 2021 18:40

 

Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar davam edir. Hakimlərin iş yükünün azaldılaraq işlərə daha keyfiyyətli və vaxtında baxılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 3 fevral 2021-ci il tarixli sərəncamı ilə 44 nəfər hakimliyə namizəd hakim kimi təyin olunmuşlar. Təqdirəlayiqdir ki, həyata keçirilən məhkəmə islahatları beynəlxalq səviyyədə təşviq edilir, bir çox sahələrdə Azərbaycan təcrübəsi nüfuzlu hüquq təsisatları tərəfindən nümunə kimi göstərilir”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında vəkil Yusif Allahverdiyev ölkə başçısının yeni hakim təyinatları ilə bağlı sərəncamına münasibətində söyləyib.

Onun sözlərinə görə, həmçinin, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yaradılması da iş yükünün azalmasına, qərarların keyfiyyətli qəbul olunmasına təsir edəcək: “Təyin olunan hakimlərin əksəriyyətini (70%) 35 yaşa qədər olan, o cümlədən xaricdə təhsil almış gənc nəsil hüquqşünaslar təşkil edir, onlar ölkənin müxtəlif hüquq təsisatlarında – məhkəmə, prokurorluq orqanlarında, vəkillik xidmətində, özəl və digər müəssisələrdə çalışıblar. Sevindirici haldır ki, yeni təyin olunmuş 44 nəfər hakimlərdən 9 nəfəri Vəkillər Kollegiyasının üzvləridirlər. Hesab edirəm ki, yeni hakim təyinatları ilə hakimlərin iş yükünün çoxluğu, bununla əlaqədar olaraq, işlərə baxılması üçün kifayət qədər vaxtın olmaması, məhkəmə proseslərinin vaxtında başlamaması və bu kimi digər halların müəyyən bir qisminin aradan qaldırılması mümkün olacaq”.

 

Gununsesi.info