Azərbaycanda magistral kəmərdə növbəti qəza: Dörd rayonda su olmayacaq - VİDEO/YENİLƏNDİ

Kür-Bakı magistral su kəmərində baş vermiş qəza səbəbindən paytaxtın Qaradağ, Səbail və Binəqədi rayonlarında, həmçinin Hacıqabul rayonunda su kəsiləcək.

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Fövqəladə Hallar Nazirliyindən qəza ilə bağlı bildirilib ki, qurumun müvafiq qüvvələri əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

09:38

“Sözügdən Kür-Bakı magistral su kəməri sovet dövründə çəkilib. Artıq ikinci dəfədir həmin kəmərdə qəza baş verib”.

Bu sözləri “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında deyib.

O bildirib ki, hadisə bu gün səhər saat 5-6 radələrində qeydə alınıb:

“Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza olub. Qurumun qəza xidmətinin əməkdaşları artıq əraziyə cəlb edilib. Su avtomobil yoluna deyil, yaxınlıqdakı dərəyə axır”.

09:20

Bakı-Ələt yolunun yaxınlığında magistral su xətti partlayıb.

Gununsesi.info xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisindən keçən hissədə baş verib.

İlkin məlumata görə, ərazidən keçən Kür-Bakı magistralı su xətti yenidən partlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, əraziyə polis əməkdaşları gəliblər.

Qeyd edək ki, ötən ilin oktyabrında da həmin su kəmərində analoji hadisə baş vermişdi. Hadisə zamanı magistral yolu su basmışdı.

Gununsesi.info