Azərbaycanda daha 11 şagird koronavirusa yoluxub, 1 məktəb distant təhsilə keçib

  • By admin
  • 06 Oktyabr 2020 19:43

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Gununsesi.info-ya bildirilib ki, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 11 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Əyani təhsilə keçirilmiş siniflərin sayı 2, distant təhsilə keçmiş sinigflərin sayı isə 3-dür.

Daha 1 məktəb də distant təhsilə keçib.

İndiyə qədər ölkə üzrə iki məktəb, 28 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

 

 

Gununsesi.info