Azərbaycanda binanın döşəməsi çökdü – Xəsarət alanlar var

  • By Ayshan
  • 23 Noyabr 2025 10:21

Goranboyda yaşayış binasının döşəməsi çöküb.

Gununsesi.info qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində baş verib.

Belə ki, həmin ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin döşəməsi çöküb.

Dərhal əraziyə adiyyəti qurumların əməkdaşları cəlb olunub. Hadisə zamanı iki nəfər yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info