Azərbaycan XİN: Argentina ilə əlaqələrin daha da möhkəmlənməsinə ümid edirik

  • By ilhame
  • 08 Noyabr 2023 20:39

Azərbaycan Xarici İşlər Nazirliyi Argentina ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, xarici siyasət idarəsi sosial şəbəkədə bildirib:

“Azərbaycan ilə Argentina arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Argentina xalqını və hökumətini ürəkdən təbrik edirik! Biz ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə ümid edirik!”

Gununsesi.info