
“Azərbaycan və Ermənistan liderlərinin görüşündən danışmaq hələlik tezdir. Ona görə ki, erməni tərəfi öz yanaşmalarında destruktivlik yanaşma nümayiş etdirir”.
Gununsesi.info-nun verdiyi məlumata görə, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Rusiya paytaxtına səfərinin yekunları ilə bağlı TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
“Prezidentimiz, hörmətli İlham Əliyev qeyd etdiyi kimi, belə dəvət alınmayıb. Məncə, vəziyyət hələ yetişməyib. Əks tərəf yanaşmalarında destruktivlik nümayiş etdirir. Ona görə də, indi bu haqda danışmaq tezdir”, – deyə Azərbaycan səfiri Ceyhun Bayramovun Moskvaya səfəri zamanı Azərbaycan və Ermənistan liderlərinin görüşünün müzakirə olunub-olunmaması ilə bağlı suala cavabında deyib.
Gununsesi.info