“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır” - HULUSİ AKAR

  • By admin
  • 05 Oktyabr 2020 16:17

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”.

Gununsesi.info-nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Ermənistan terror təşkilatları ilə əməkdaşlığa son qoymalı, muzdlu əsgərləri və terrorçuları regiondan çıxarmalıdır”, – deyə türkiyəli nazir vurğulayıb.

Akar qeyd edib ki, günahsız mülki əhalini açıq şəkildə hədəf seçən Ermənistan hakimiyyəti bəşəriyyət qarşısında cavab verəcək.

 

 

Gununsesi.info