
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözü 100 ildir ki, hər iki ölkənin sadə insanlarının, dövlət adamlarının dilindən düşmür.
Qardaş Türkiyədə yaşanan zəlzələ faciəsi də eyni qaydada bizi ağladıb, kədərə qərq edib.
Elə Türkiyə səfirliyinin qarşısında öz kədərlərini ifadə edən insanlar, sosial şəbəkələrdə dağıntılar altından çıxarılan uşaqların, yaşlıların görüntülərini paylaşan minlərlə sadə azərbaycanlı da bu faciəni türk qardaşlarımız qədər eyni hislərlə yaşayır.
Amma dünənki hadisədə bir məqam diqqətdən yayınmadı.
Adətən bu cür olaylarda telekanallar gündəlik efir proqramında dəyişiklik edir. Amma təəssüflər olsun ki, Azərbaycanda Xəzər Tv istisna olmaqla biz bunun şahidi olmadıq.
Ənənəvi şit və əyləncəli verilişlərinə davam edən digər televiziyar Türkiyədəki zəlzələ faciəsi xəbərlərini yalnız “Xəbər” buraxılışında yaydı.
Halbuki, telekanallarımız xəbər buraxılışlarını fasiləsiz davam etdirməli idi. Necə ki, 44 günlük Vətən Savaşında biz qardaş Türkiyənin kütləvi informasiya vasitələrində eyni halları gördük.
Elmar Elnuroğlu
Gununsesi.info