
Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) fəaliyyətə keçməsi ilə Azərbaycan qazı İtaliyaya çatıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Azərbaycanqazı TAP-ın işə düşməsi ilə İtaliyaya çatdı.Cənub Qaz Dəhlizi istifadəyə verildi. Ölkəmizin Avropanın qalan hissəsinin enerji təchizatı təhlükəsizliyinə verdiyi töhfədə yeni bir səhifə açıldı”,- deyə XİN-in tvitter səhifəsində bildirilib.