
Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında paylaşım edilib.
“10 Yanvar – Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əminamanlıq və rifah arzulayırıq”, – tvitdə qeyd olunub.
Gununsesi.info