
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili öz Facebook səhifəsində Qarabağda baş verənlərə münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, Saakaşvili özünün öz sosial media hesabında Ukrayna-Gürcüstan hadisələri ilə sintezli şəkildə Azərbaycanın apardığı antiterror əməliyyatlarının analizini verir:
“Bu gün nə baş verir? Azərbaycan nəhayət öz ərazilərini bərpa edir, Ermənistan isə bir əsrlik rus əsarətindən xilas olur.
Ukrayna hərbi-diplomatik cəbhədə uğurla irəliləyir və Gürcüstan nəinki 2013-cü ildə itirdiyimiz beynəlxalq subyektivliyini, həm də bütün bunların nəticəsində beynəlxalq dövlət müstəqilliyini itirir.
Artıq hərəkət etmək vaxtıdır”, – Saakaşvili yazıb.