
Məlum olduğu kimi, oktyabr ayının 4-də Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad olunması istiqamətində keçirdiyi anti-terror əməliyyatları zamanı separatçı rejimin başçısı Arayik Harutyunyanın Şuşada “andiçmə mərasimi” keçirdiyi bina darmadağın edilib.
Gununsesi.org xəbər verir ki, Ermənistan mediası binanın vurulmasından qısa müddət sonra qeydə alınan video-görüntüləri yayıb.
Bildirilir ki, 4 oktyabr tarixində çoxlu sayda polis Nikol Paşinyanın birbaşa əmri ilə “Şuşa Mədəniyyət Evi” adlandırılan həmin binada toplanıblar və bu zaman binaya raketlə zərbə endirilib.