
Paşinyana daha bir zərbə
Ermənilərə dəstək verən 3 böyük ölkə prezidenti – D.Trump, İ.Makron və V.Putinin indi yayılmış bəyanatı Ermənistana növbəti zərbədir. Bəyanat mətnində əsas günahkar kimi Ermənistan göstərilib.
Hərbi əməliyyatların başlanmasına səbəb Ermənistan Baş Nazirinin münaqişənin həllinə dair yeni şərtlər irəli sürməsi olub. Məhz Nikol Paşinyanın “ qondarma DQR danışıqlarda tərəf kimi iştirak etməlidir “ və digər 6 şərtindən sonra münaqişə alovlanıb. Həmsədr ölkələrin bugünkü bəyanatında tərəflərə təklif etdikləri “ danışıqlarda heç bir şərt irəli sürməmək “ öhdəliyinin ünvanı birbaşa Ermənistandır. Başqa sözlə Azərbaycanın Ermənistanı sülhə məcburetmə tədbirlərinə növbəti dəfə yaşıl işıq yandırılıb.
Azərbaycan Ordusu irəlilədikcə Azərbaycana qarşı beynəlxalq təzyiqlə güclənəcək. Bunu həm də tarixi təcrübə deyir. Hələ Elçibəy hakimiyyəti dövründə, 1992 – ci ilin oktyabrında Azərbaycan Ordusu Xankəndiyə yaxınlaşanda Azərbaycana qarşı sanksiyalar işə salındı. Eyni hal indi də təkrarlana bilər. Odur ki, haqq davasında heç bir təzyiqdən çəkinmək lazım deyil.
Azərbaycan xalqı öz iradəsini ortaya qoyub istənilən xarici gücü əzməlidir.
Elnur Sadıqov
Gununsesi.info