Azərbaycan Kinematoqrafçılar İttifaqında nə baş verir? -Eldəniz QuliyeV YAZIR

  • Müəllif: Şəbnəm
  • 04 Sentyabr 2026 10:55

Azərbaycan Kinematoqrafçılar İttifaqında nə baş verir?

Əslində, bu haqda geniş təhlil yazısına ehtiyac var. Amma hələləik bunu deyə bilərəm ki, baş verənlər heç də ürəkaçan deyil. Dahi Çaplinin sözü olmasın, bu gün Kino İttifaqı kənardan baxana komediya, yaxından baxana isə faciə kimi görünür.

Geniş ictimaiyyətin marağı və media seqmentində tirajlanan  sayslz-hesavsız narahatlıq və etiraz mesajları milli kinomuzun taleyi ilə bağlı bəzi məqamlara aydınlıq  gətirilməsini zəruri edir.

AKİ İdarə heyyətinin  son toplantısında qəbul edilən bəzi qərarları nəzərinizə çatdırıram:

Xalq artisti hörmətli Şəfiqə Məmmədova AKİ-nin konfransına qədər, müvəqqəti olaraq SƏDR vəzifəsini icra etsin.

Bu qərar, gecikmiş olda da zəruri idi. Yəni bunu çox-çox əvvəl etmək lazım idi ki, İttifaqda ikitirəlik yaranmasın, kino xadimləri bir-biriylə konfrontasiyaya getməsinlər.

Daha sonra, AKİ-nin ümumi konfransının vaxtı və yeri müəyyənləşdirildi.

İdarə heyəti Şəfiqə Məmmədovanın  Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədliyini irəli sürdü.

Alternativsiz!

Niyə alternativsiz? Ədalətli, şəfaf və demokratik  seçki keçirmək istəyən yaradıcılıq İttifaqı nədən tək bircə namizədlə konfransa getməlidir axı? Təəssüf ki, bu suala cavab verən olmadı.

  1. Son bir neçə ildə kino ittifaqının yaradıcılıq həyatlnda  böyük və danılmaz əməyi olan, AKİ-nin icraçı katıbi Əli İsa Cabbarovun işdən, idarə heyyətindən və üzvükükdən çıxması ilə bağlı (öz xahişi ilə…???) istefa ərizələri qəbul edildi.

Səmimi sözümdü, bu qərar, sözün əsl mənasında şok effekti yaratdı…

Niyə, nədən Ə.Cabbarov qəfildən həyatının  illərini sərf etdiyi işindən, yaradıcılığından uzaqlaşdı, daha dəqiqi, uzaqlaşdırıldı? Səbəb nə idi, onu bu addımı atmağa kim, yaxud kimlər vadar elədi?..  Çox müəmmalı, o cümlədən ritorik suallar doğuran isrefa!.. Əlbəttə, bu məsələyə mütləq aydınlıq gətirilməliydi. Gətirilmədi. Sanki söhbət,  dəyərli  kino fədaisinin  taleyindən yox, zərərli bir böcəyin tapdanıb-əzilməsindən, məhv edilməsindən  gedirdi… ???

Tələm-tələsik səsə qoyuldu və ərizələr qəbul edildi.  “– Qoy getsin” dedilər.  “– Nə qədər tez getsə yaxşıdır!..” dedilər. Vəssalam! Yaradıcı, fədakar, milli kinomuz üçün canını verməyə hazır olan bir İnsanın taleyinə bunca laqeydlik və  bunca kollektiv kölə təfəkkürü, şəxsən mənə, eynilə 90 il əvvəl ölkəmizdə baş verən iyrənc hadisələri xatırlatdı…

Qərarlardan biri də 87 nəfərin AKİ üzvülüyündən xaric edilməsi oldu. Bu 87 nəfər kimlərdi, onların xaric edilməsinin hüquqi əsası, obyektiv səbəbi varmı, o insanlara danışılıbmı, razılaşdırılıbmı? Məncə, bu qərar daha çox Bağdaddakı kor xəlifəni yamsılayanların qərarı idi…

Əslində, suallar çoxdur. Misal üçün, niyə indiyəcən İdarə heyyətinin yığıncağının protokolu İttifaqın saytında dərc olunmayıb?.. Niyə 87 nəfərin siyahısı açıqlanmır? Hörmətli Şəfiqə xanım niyə və nə səbəbgən müvəqqəti sədr postunun səlahiyyətlərindən istifadə edərək, tələm-tələsik Kinematoqrafçılar İttifaqının AKİ.az saytını, Kinoyazar səhifəsini bağlatdırdı? Bu azmış kimi, o, İttifaqda fəaliyyət göstərən müxtəlif yaradıcı qruplar və gildiyaların işinə süni əngəllər yaratdı… Təəccüb doğuran idarəçilik performansı. Bu sayaq volyuntarist yanaşma, həm də acı təəssüf doğurur.

Düşünürəm ki, bütün bunlar həm Mədəniyyət Nazirliyinin, həm də ARKA-nın fəaliyyətinə də müəyyən qədər kölgə salır; çünki son zamanlar Mədəniyyət nazirliyi və ARKA  Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birgə çox uğurlu yaradıcılıq işləri, eləcə də  Beynəlxalq  arenada ölkəmizi tanıdan, sevdirən dəyərli kino layihələri həyata keçirirdilər.

Əziz dostlar, baxın, bizlər bir neçə gün sonra baş tutacaq konfransa bu vəziyyətdə gedirik:

Kinomuz nəhayət ki, çeşidli problemlərdən qurtulub, öz inkişaf mərhələsinə qədəm qoymaq hayında, – bəziləri isə yorğan davasında!..

Və  “yorğansevərlər” unudurlar ki, hər şey bir yana, axı bu dünyada “bumeranq effekti ” deyilən bir zad da mövcuddur…

Şəfiqə xanım, əzizimiz, dəyərlimiz, sevimlimiz! Düşünün… Yaxşı düşünün və Azərbaycan milli kinosunun gələcəyi olan istedadlı gənclərin yoluna işıq tutun. Yəni, Sizin üçün  bundan da gözəl missiya ola bilərmi, əziz sənətkarımız?!..

Eldəniz Quliyev,
Kinorejissor