
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi hökumətə sosial sahədə üç proqram təqdim edib”.
Gununsesi.info -nun verdiyi xəbərə görə , bunu Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Hazırda hökumətdə müzakirə edilən 3 proqramımız var. Bunlar məqsədli, sosial müəssisələrinin yaradılması və kvotadan əlavə iş yerlərinin yaradılması proqramlarıdır. Onların müzakirəsi yekun mərhələdədir”, – deyə o qeyd edib.