
Avropa qitəsində vəziyyət getdikcə gərginləşir və bunda Rusiyanın heç bir günahı yoxdur.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu britaniyalı həmkarı Ben Uolleslə görüşdə bildirib.
“Sizi Moskvada, Rusiya Müdafiə Nazirliyində salamlamağa şadam. Avropada hərbi-siyasi vəziyyət getdikcə gərginləşir və bu, bizim günahımız ucbatından deyil. Biz səbəbləri tam və hər zaman başa düşmürük. Lakin buna baxmayaraq, biz bunun getdikcə artdığını görürük”, – Şoyqu vurğulayıb.
O, bugünkü görüş zamanı gərginliyin azaldılmasına dair aktual məsələlərin müzakirəsinin mümkünlüyünə də toxunub.
Gununsesi.info