“Almaniya 55 faiz Rusiya qazından asılıdır” - NAZİR

  • By admin
  • 26 Yanvar 2022 19:24

Rusiyadan Almaniyaya qazın əsas həcmi Ukrayna və Polşa ərazisindən deyil, “Şimal axını 1” boru kəməri ilə daxil olur.

Gununsesi.info-nun TASS-a istinadən verdiyi xəbərə görə, bunu mətbuat konfransında Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek deyib.

O bildirib ki, təchizatla bağlı bütün müqavilələr istifadədir: “Almaniya Rusiya qazından təxminən 55% asılıdır”.

Almaniyalı nazir bildirib ki, Rusiya qazının tədarükü ilə bağlı bütün razılaşmalara əməl olunur, lakin bu tədarüklər artıq nə Ukraynadan boru kəməri ilə, nə də Yamal-Avropa vasitəsilə Polşa ərazisindən keçir. Bunun böyük hissəsi “Şimal axını 1” vasitəsilə həyata keçirilir.

 

 

Gununsesi.info