
Avropa Şurasının Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra vaəziyyəti ilə bağlı iclası keçirilib.
Avropa Şurasından Gununsesi.info-nun elektron ünvanına göndərilən məlumata görə, iclasda Azərbaycandakı vəziyyətə də toxunulub.
Avropa Məhkəməsinin qərarlarının icrasını araşdıran işçi qrupu “Məmmədli işi” qrupu üzrə Müvəqqəti Qətnamə qəbul edib.
Sənəddə “Mahmudov və Ağazadə qrupu” Azərbaycana qarşı (əsasən ərizəçi jurnalistlərin ifadə azadlığı hüququnun pozulması, böhtana görə qeyri-proporsional cinayət sanksiyalarının tətbiqi və onların ifadə azadlığını məhdudlaşdırmaq üçün Cinayət Məcəlləsinin digər müddəalarının özbaşına tətbiqi ilə bağlı) qərara toxunulur. O cümlədən prokurorluq və icra hakimiyyəti orqanları tərəfindən təqsirsizlik prezumpsiyasının pozulduğu bildirilir.
Sənəddə hökumətdən Avropa Məhkəməsinin bu işlərlə bağlı qərarlarından irəli gələn addımları atmaq tələb edilir.
Sənəddə deyilir ki, hökumət ərizəçilərə kompensasiya ödəməklə işini bitmiş hesab edib.
Diffamasiyaya görə cinayət sanksiyalarının tətbiqinə gəldikdə, sənəddə deyilir ki, diffamasiyaya görə cinayət sanksiyalarının tətbiqi ilə bağlı hakimiyyət orqanları tərəfindən verilən statistik məlumatlar nəzərə alınsa da hakimiyyəti uzunmüddətli həbs cəzalarının aradan qaldırılması üçün diffamasiya haqqında qanunvericiliyə dəyişiklik edilməsinə yönəlmiş mümkün tədbirlər haqqında ətraflı məlumat verməlidir: “Hakimiyyət orqanları ifadə azadlığını məhdudlaşdırmaq üçün Cinayət Məcəlləsinin digər müddəalarının tətbiqi ilə bağlı Avropa Şurasının standartlarına uyğun olaraq cinayət təqibindən müdafiəsinə yönəlmiş konkret tədbirlər görməlidir”.
Elmar Elnuroğlu
Gununsesi.info