Avropa Məhkəməsi məşhur jurnalistlərə görə Azərbaycanı cərimələdi

  • By admin
  • 01 Oktyabr 2020 12:28

 

Avropa İnsan Hüquqları Məhkəməsi bu gün Azərbaycana qarşı növbəti qərarını elan edib.

Bu barədə Gununsesi.info-ya vəkil Fariz Namazlı bildirib.

Onun sözlərinə görə, söhbət Zamin Hacı, Əfqan Muxtarlı, Həkimeldostu Mehdiyev, İlqar Nəsibov, Ramid İbrahimov, Ehtimad Budaqov, İdrak Abbasov, Tapdıq Quliyevin müxtəlif vaxtlarda işgəncəyə məruz qalması ilə bağlı verdikləri şikayətlər üzrə qərardan gedir: “Məhkəmə Konvensiyanın 3-cü maddəsinin substantiv (maddi) və 10-cu maddəsinin (ifadə azadlığı) pozuntusunu (İdrak Abbasova münasibətdə), digər ərizəçilərə münasibətdə isə Konvemsiyanın 3-cü maddəsinin prosessual əsaslarla pozuntusunu və Konvensiyanın 6.1-ci maddəsinin (İlqar Nəsibova münasibətdə) pozuntusunu tanıdı. Məhkəmə mənəvi zərərin əvəzi kimi İdrak Abbasova 15000 avro, İlqar Nəsibova 9750 avro, digər ərizəçilərə 7500 avro, məhkəmə məsrəflərinə görə 2000-3500 avro kompensasiya müəyyən etdi”.