
Avropa İttifaqı Tayvanda keçirilən seçkiləri alqışlayır, eyni zamanda ada ətrafındakı ümumi vəziyyətlə bağlı narahatlığını ifadə edir.
Gununsesi.info bu barədə qurumun rəsmi bəyanatına istinadən xəbər verir.
Qeyd olunub ki, Aİ səsvermədə iştirak edən bütün seçiciləri təbrik edir, lakin Tayvan boğazında gərginliyin artması ilə bağlı narahatlığını davam etdirir və mövcud vəziyyəti birtərəfli qaydada dəyişdirmək cəhdlərinə qarşıdır.
Sənəddə deyilib ki, boğazda sülh və sabitlik təkcə region üçün deyil, bütün dünya üçün vacibdir.
Gununsesi.info