Avropa İttifaqı liderlərindən İrana xəbərdarlıq: Ballistik raketləri Rusiyaya təhvil verərsə…

Avropa İttifaqı (Aİ) liderləri İrana xəbərdarlıq ediblər ki, ballistik raketləri Rusiyaya təhvil verərsə, Aİ-nin cavab tədbirləri ilə üzləşəcək.

Gununsesi.info-nun xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə cümə axşamı Brüsseldə birinci günü keçirilən Aİ-yə üzv ölkələrin liderlərinin qəbul etdiyi sammitin yekununda deyilir.

Aİ liderləri üçüncü tərəfləri Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə maddi dəstəyi dərhal dayandırmağa çağırıb.

Onlar qeyd ediblər ki, İranın Ukraynaya qarşı istifadə üçün ballistik raketləri və müvafiq texnologiyaları Rusiyaya ötürə biləcəyinə dair xəbərlərdən son dərəcə narahatdırlar.

“İran bunu edərsə, Avropa İttifaqı beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə və dərhal,  o cümlədən İrana qarşı yeni və əhəmiyyətli məhdudlaşdırıcı tədbirlərlə cavab verməyə hazırdır”, – sammitin yekununda deyilir.

Fevral ayında “Reuters” mənbələrə istinadən xəbər vermişdi ki, İran iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə dair razılaşmalar çərçivəsində 2024-cü ilin əvvəlindən Rusiyaya “yer-yer” tipli ballistik raketlərinin bir neçə partiyasını artıq göndərib.

İranın BMT-dəki daimi nümayəndəliyi bu xəbəri təkzib edib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov İranın Rusiyaya ballistik raketlər verməsini təkzib edib.

ABŞ-da da bu məlumat rəsmi olaraq təsdiqlənməyib.

 

Gununsesi.info