
Avropa İttifaqının xarici işlər komissarı Josep Borrel fevralın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlarında müxalifətçi Aleksey Navalnının azad edilməsinə çağırıb: “Mənim səfərim Aleksey Navalnının həbs və məhkum olunduğu, habelə minlərlə nümayişçinin saxlandığı vaxta düşüb. Mən cənab Lavrova bu faktlarla bağlı dərin narahatlığımı bildirdim, Navalnının azad olunmasına və onun zəhərlənməsi ilə bağlı tam təhqiqatın aparılmasına çağırdım”.
Borrelin sözlərinə görə Avropa İttifaqı Rusiyanın suverenliyinə və daxili öhdəliklərinə hörmət etsə də, Moskvanın təməl vətəndaş hüquqları və azadlığına dair də öhdəliklərinin olduğunu xatırladır.
O bildirib ki, Avropanın Rusiya ilə hazırkı münasibətləri fikir fərqləri, etimadın itirilməsi ilə müşayiət olunur, amma bəzi sferalarda əməkdaşlıq mümkündür.
Borrel bu qəbildən mədəni mübadiləni, təhsili, səhiyyıəni, pandemiya ilə mübarizəni və iqlim dəyişikliyini misal gətirib.
Bayden: “Putinə dedim ki, Navalnını qanunsuz həbs etmisiz” Dünən ABŞ prezidenti Co Bayden ilk dəfə Putinlə danışğından sonra Vaşinqtonda çıxış edib: “Mən Putinə açıq aydın söylədim ki, Amerika artıq o Amerika deyil. Və artıq heç bir güzəştə getməyəcək. Heç bir aqressiyaya və siyasi oyunlara göz yummayacaq.
Biz 5 illik ölkələr arası nüvə silahının istifadə olunmaması üzrə sazişə imza atdıq. Amma mən qeyd etdim ki, bu bizim aramızda imza atıla biləcək yeganə sazişdir.
Siz insanların azad toplaşmaq hüquqların pozursunuz. O cümlədən cənab Navalnin hüquqlarını pozmusunuz. O, da hər bir Rus vətəndaşı kimi öz hüquqlarından istifadə etmək gücünə malik olmalıdır. Onun həbsin pisləyir və dərhal, qeyri-şərtsiz azad etmənizi tələb edirik”.
Gununses.info