ATƏT PA-nın Prezidenti Azərbaycana gəldi - Foto

ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Pia Kauma noyabrın 12-də Azərbaycana səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, ATƏT Parlament Assambleyasının Prezidenti Pia Kaumanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.