
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birgə müşahidə missiyası Türkiyə prezidentliyinə və parlamentinə keçirilən seçkilərlə bağlı ilkin rəyini açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, rəydə xeyli tənqidlər əks olunub.
”Müşahidə Missiyası müəyyən edib ki, hüquqi baza demokratik seçki üçün tam əsas vermir. Bunlar rəqabətli, lakin hələ də məhdud seçkilər idi, çünki bəzi siyasi qüvvələrin kriminallaşdırılması, o cümlədən bir neçə müxalif siyasətçinin həbsi tam siyasi plüralizmin qarşısını aldı və fərdlərin seçkilərdə iştirak hüquqlarını əngəllədi” -deyə xüsusi koordinator Maykl Georg Link bildirib.
Yüksək fəallıqla səciyyələnən Türkiyənin ümumi seçkiləri yaxşı idarə olundu və seçicilərə həqiqi siyasi alternativlər arasında seçim təklif etdi, lakin indiki prezident və hakim partiyalar əsassız üstünlük əldə etdilər.
Toplaşmaq, birləşmək və ifadə azadlığına qarşı davam edən məhdudiyyətlər bəzi müxalif siyasətçilərin və partiyaların, o cümlədən vətəndaş cəmiyyətinin və müstəqil medianın iştirakına mane olub.
Seçki prosesinə siyasi müdaxilə Türkiyənin beynəlxalq öhdəliklərinə uyğun gəlmir. Dağıdıcı zəlzələlər fonunda keçirilən seçkilərdə ölkədə 61 milyona yaxın, eləcə də xaricdə 3,5 milyon seçici səs vermək üçün qeydiyyatdan keçib. Zəlzələdən zərər çəkmiş şəxslərin seçkilərdə iştirakını təmin etmək üçün hakimiyyət tərəfindən müəyyən məhdud addımlar atıldı, lakin vətəndaş cəmiyyəti və siyasi partiyaların bu və əlavə səylərinə baxmayaraq, bu seçicilərin çoxu səsvermədə çətinliklə üzləşdi.
Tərcümə:
Afət