
Gununsesi.info xəbər verir ki, Erməni siyasi şərhçi Romella Mnatsakanyan bildirib ki, Ermənistan cəmiyyəti öz hakimiyyətinin düşünülmüş təxribatının şahididir:
“İrəvanda Avropa çempionatının açılışında çoxmilyonluq televiziya auditoriyasının gözü qarşısında Azərbaycan bayrağını yandıran stilistik studiyanın rəhbəri Aram Nikolyan Ermənistan baş nazirinin ailəsinə yaxın şəxsdir. Ola bilsin ki, bu təxribatın sifarişçisi baş nazirin həyat yoldaşı Anna Akopyan olub.
Gəlin düşünək – bu hadisə kimə xeyirdir? Şəxsən mənim üçün bunun şəxsən Nikol Paşinyan üçün faydalı olduğuna şübhə yoxdur. Nə üçün? Cavab sadədir – ictimai müzakirəni tamam başqa istiqamətə yönəltmək.
Dərinliyini cəmiyyətdən gizlətməyə çalışdıqları çox mühüm problemdən diqqəti yayındırmaq üçün bu aksiya törədilib”.
Şəbnəm
Gununsesi.info