Niderland(Hollandiya) paytaxtında tarixdə ilk dəfə olaraq məsciddən azan uca səslə eşidiləcək.

Gununsesi.org xəbər verir ki, “NLTimes” nəşrinin yaydığı məlumata görə, Amsterdamdakı Blauve məscidi yerli hakimiyyətin mənfi münasibətinə baxmayaraq azan verməyə icazə alıb.
Bir müddət öncə Amsterdamın meri Femke Halsema 21-ci əsrdə azanvermə funksiyası olan müxtəlif mobil tətbiqetmələrin mövcud olduğu bir zamanda canlı namaza çağırışın “köhnəlik” olduğunu və buna ehtiyac duyulmadığını söyləmişdi. Bu da yerli müsəlman icmasının narazılığına səbəb olmuşdu. Bu və ya digər şəkildə, Hollandiya qanunlarına görə, müsəlmanların azanla ibadətə çağırışı kilsə zənglərinə bənzər bir statusa malikdir və dövlət səviyyəsində qadağan edilmir. Nəticədə mövcud qanunvericiliyə əsasən, Blauve məscidi səsgücləndiricilər vasitəsi ilə azanın elan olunmasına icazə ala bilib. Və bundan sonra bu Avropa şəhərinin də küçələrində günün 5 vaxtında “Allahu əkbər! Namaza tələsin!” çağırışları eşidiləcək.
Gununsesi.org
COMMENTS