ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” şirkəti sürücüsüz avtomobil istehsalçısı – “Zoox” şirkətini alıb.
Gununsesi.org bu barədə xarici mətbuata istinadən xəbər verir.
Qeyri-rəsmi məlumata görə, satınalmanın dəyəri 1 milyard ABŞ dollarından çoxdur.
Xatırladaq ki, “Amazon” bu ilin əvvəlində digər sürücüsüz avtomobil istehsalçısı “Aurora”nı da 530 milyon ABŞ dollarına almışdı.
Gununsesi.org
COMMENTS