“İrəvanda polis etirazçılara qarşı amansız güc tətbiq edir” -Erməni deputat

  • By ilhame
  • 22 Sentyabr 2023 21:05

İki gün ərzində İrəvanda keçirilən etiraz aksiyaları zamanı 500-ə yaxın vətəndaş polis idarəsinə gətirilib.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İrəvanda Respublika meydanında keçirilən mitinqdə Milli Komitənin üzvü və Ermənistan Milli Assambleyasının deputatı İşxan Saqatelyan bildirib.

Saqatelyan polisə müraciət edərək qeyd edib ki, dünəndən polis etirazçılara qarşı qanunsuz və amansız güc tətbiq edir.

Deputat qeyd edib ki, polisin hərəkətləri göstərir ki, onlar artıq Ermənistan Respublikasına deyil, Baş nazir Nikol Paşinyanın maraqlarına xidmət edir.

Onun sözlərinə görə, hakimiyyət komendant saatının tətbiqi məsələsini müzakirə edir.

 

Gununsesi.info