Almaniya daha 30 azərbaycanlını deportasiya edib

  • By admin
  • 31 Mart 2022 09:55

Azərbaycan və Avropa İttifaqı  arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişə uyğun olaraq  Almaniyadan daha 38 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

Gununsesi.info bildirir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) ictimaiyyətlə əlaqələr idarəsinin 30 mart tarixli məlumatında deyilir.

“Gələnlər evlərinə göndəriliblər. Readmissiya olunmuş şəxslərin reinteqrasiyası üzrə işi qrup qayıdan vətəndaşların yerli cəmiyyətə reinteqrasiyada qarşılaşa biləcəkləri mümkün çətinliklərin aradan qaldırılması üzrə tədbirlər görür”.

Bir müddət əvvəl hüquq müdafiəçiləri AFR-dən deportasiya olunan son qrupda siyasi fəal Samir Aşurovun da olduğunu bildiriblər.

Gununsesi.info