Almaniya Əfqanıstana yardım üçün 5 milyon avro ayıracaq

  • By ilhame
  • 09 Oktyabr 2023 20:49

Almaniya Xarici İşlər Nazirliyi dağıdıcı zəlzələdən zərər çəkmiş Əfqanıstan xalqına yardım üçün 5 milyon avro ayırmağa qərar verib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a istinadən xəbər verir.

“Əfqanıstandan gələn xəbərlər sarsıdıcıdır – dəhşətli zəlzələlər nəticəsində minlərlə insan həlak olub. Biz sağ qalanları diqqətdən kənar qoymayacağıq. Əfqanıstana yardım üçün humanitar fond vasitəsilə dərhal əlavə 5 milyon avro ayırırıq”, – Almaniya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.

Gununsesi.info