Ailə həkimi ailənin bütün üzvlərinə baxmalıdır – Direktor

“Prinsipcə sahə həkimi ailə həkimilə eynidir. Ümumiyyətlə götürdükdə ailə sağlamlıq mərkəzinin həkimi ailənin bütün fərdlərinə, yaşlı, uşaq və hamiləyə baxmalıdır. Keçmişdə olan sahə həkimi isə öz profilinə uyğun xəstələrə baxır”.

Gununsesi.info xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “Tibb müəssisələrində struktur dəyişikliyi” ilə bağlı sualları cavablandırarkən bildirib.

O qeyd edib ki, hələlik universitetdə Ailə həkimi fakültəsinin məzunu yoxdur:

“Ona görə də ailənin ilkin səhiyyə xidmətinin təşkili üçün pediatr, terapevt və mama-ginekoloqdan birgə istifadə edirik”.