
“Avropa İttifaqı ölkələri Ukraynaya 9 milyard avro yardım ayırmağa qərar verib”.
Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bunu cümə günü respublikanın baş naziri Mateuş Moravetski Aİ sammitinin yekunlarına dair brifinqdə deyib.
Ukraynanın bu vəsaitə ehtiyacı olduğunu vurğulayan baş nazir, Ukraynaya 9 milyard avro yardımı təsdiqlədiklərini bəyan edib.
Onun sözlərinə görə, Ukraynanın tibb bacılarına, müəllimlərə, polislərə, sərhədçilərə maaş verməyə vəsaiti yoxdur.
“Bu insanlar nəyəsə görə yaşamalıdırlar”, – Polşanın baş naziri vurğulayıb.
Gununsesi.info