Aİ Azərbaycan və Ermənistana sülhlə bağlı çağırış etdi

  • By ilhame
  • 27 Oktyabr 2023 19:58

Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsipləri əsasında davamlı sülhün əldə edilməsinə dəstəyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu haqda Aİ-nin oktyabrın 26-da və 27-də keçirilən iclasında qəbul edilmiş yekun sənəddə yazılıb.

“Aİ Brüsselin normallaşma prosesini dəstəkləyir və prosesi bu ilin sonuna qədər yekunlaşdırmağa çağırır”, – sənəddə qeyd olunub.

Gununsesi.info