“TikTok” sosial şəbəkəsində saxta hesablardan istifadə edərək vətəndaşların ünvanına nalayiq ifadələr yazan şəxs saxlanılıb.
Gununsesi.info DİN-ə istinadla xəbər verir ki, bu, 27 yaşlı rayon Ağsu rayon sakini İlham Abdullayevdir.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə İ.Abdullayev 25 gün müddətinə inzibati qaydada həbs olunub.











