
Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, yanğınsöndürmə əməliyyatlarında nazirliyin müvafiq yanğın-xilasetmə qüvvələri və aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib.
Ümumilikdə 300 hektar ərazidə baş vermiş yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.
Gununsesi.info